Türkiyə ilə Fransa barışdı

Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu Fransada Fransua Ollandın prezident seçilməsiylə iki ölkə tarixində yeni səhifə açıldığını deyib. Türkiyənin yanvar ayında Fransaya tətbiq edilən sanksiyalar aradan qaldırılıb.

CNN Türk kanalına müsahibə verən Davudoğlu Ollandın Abdullah Gül və Ərdoğanla görüşü zamanı problemlərin həll oluna biləcəyini deyib. Saxta “erməni genosidi” qərarından sonra tətbiq edilən sanksiyalar baş nazir Ərdoğanın təlimatı ilə götürülüb.

Davudoğlu dünən Ərdoğan və Ollandın Braziliyada keçirdiyi görüşün konstruktiv olduğunu və növbəti görüşün 5 iyulda Parisdə keçiriləcəyini qeyd edib.

azadliq.info