İsraildən Türkiyə etirafı

Baş nazirin müavini Şaul Mofaz: “Türkiyənin super güc halına gəldiyini anlamalıyıq”

Israil tərəfindən blokadaya alınmış Qəzza zolağına yardım aparan Türkiyəyə aid “Mavi Mərmərə” gəmisinə basqın üzündən Təl-Əviv-Ankara gərginliyi davam edərkən Netanyahu hökumətindən maraqlı açıqlama gəlib. Israil baş nazirinin müavini Şaul Mofaz hər kəsin Türkiyənin artıq bölgədə bir super güc halına gəldiyini anlamalı olduğunu bildirib. O, Israil hökumətini Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırıb.
“Keçmişdə olduğu kimi stratecîîîîîÎîîîîîîññi əlaqələrimiz olmalıdır. Artıq keçmişi geridə qoyub gələcəyə baxmalıyıq. Türkiyəni bölgəmizdə super güc olaraq görürəm, bunda heç bir şübhəm yoxdur. Israil ordusunun baş qərargah rəisi olarkən ən yaxın dostum türkiyəli həmkarım idi. Münasibətlərimizdəki problemləri həll etməliyik”, – deyə Şaul Mofaz bildirib.
Israil mətbuatı Şaul Mofazın bu açıqlamalarının baş nazir Benyamin Netanyahunun Türkiyə ilə əlaqələr haqqındakı düşüncələrinə zidd olduğuna işarə vurub. Iki ölkə arasındakı əlaqələrin pozulmasına görə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı günahlandıran Netanyahunun mövcud durumun dəyişdirilməsinə yönəlik cəhdləri də rədd etdiyi vurğulanıb.