Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzim Asiya direktoratlığının nümayəndəsi Alan Parfitt və bu ölkənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Endryu Harvey AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşüblər. Görüş Müsavat Partiyasının qərargahında keçirilib.
Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının durumu, vicdan məhbusları və başqa məsələlər müzakirə olunub. Partiya lideri indiki vəziyyət və gələcəyə dair baxışlarını Britaniyalı diplomatlarla bölüşüblər.
Britaniyalı diplomat AXCP və Müsavat liderləri ilə görüşdü
•
•


