“Namaz məhbusu”nun məhkəməsində qalmaqal FOTO VİDEO

 

Hacı İlqar İbrahimoğlu oğurlanıb?

Bu gün Şirvan apellyasiya məhkəməsində Masallı rayonundan olan dindar Şeyx Sərdar Hacıhəsənli (Babayev) ilə bağlı proses keçirilib. Məhkəmə öncəsi Şirvan Apellyasiya Məhkəməsinə gedən yolların polis nəzarətinə götürülməsi barədə vəkil Cavad Cavadov sosial şəbəkələrdə məlumat yayıb.

Vəkil Cavad Cavadov bildirib ki, “Məhkəməyə heç kimi, hətta vəkil olaraq məni də buraxmaq istəmirdilər. Lakin sonradan mən prosesin keçirildiyi zala daxil oldum. Məhkəmədə Şeyx Sərdar Hacıhəsənli çıxış etdi. Mən də vəkili olaraq 1-ci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu əsaslandırdım. Lakin təəssüflər olsun ki, məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı”.
Məhkəmə gərgin keçib, prosesi izləməyə gələnlərə qarşı zorakılıq olduğu bildirilir. Hadisə yerində olan Rövşən Əhmədli, jurnalist Arzu Abdullaya polis tərəfindən xəsarət yetirildiyi deyilir. Məhkəmədə iştirak üçün gələn Hacı İlqar İbrahimoğlu və diğər 3 nəfərin saxlanılaraq polisə aparılması xəbəri də verilir.

Şirvan şəhər polis idarəsindən isə Hacı İlqar İbrahimoğlunun orda olmadığını deyirlər. Amma sürücüsü onun polislər tərəfindən aparıldığını təsdiqləyir. Hazırda Hacı İlqar İbrahimoğlunun mobil nömrələrinə zəng çatmır.
Məsələni diqqətdə saxlayacağıq.

 

*** *** ***

Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb. Bu barədə o, öz feysbuk səhifəsində video paylaşaraq məlumat verib.

https://www.facebook.com/ilgar.ibrahimoglu/videos/10154570306479091/

azadliq.info