Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton iyunun 19-da jurnalistlərə açıqlamasında İranın Qərblə Moskvada apardığı nüvə danışıqlarının nəticə vermədiyini bildirib.
İyunun 18-19-da Moskvada İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında danışıqlar keçirilib.
“Media forum” saytının məlumatına görə, Ketrin Eşton deyib ki, 5+1 qrupu ilə texniki məsələlərlə bağlı növbəti nüvə danışıqları iyulun 3-də İstanbulda keçiriləcək: “Biz danışıqlarda İrana dedik ki, uranı 20 faiz həddində zənginləşdirməyi dayandırmalıdır. Ekspert səviyyəsində müzakirələr apardıqdan sonra növbəti danışıqların məzmunu haqda qərar qəbul edəcəyik. Lakin ümumiyyətlə deyə bilərəm ki, danışıqlar nəticəsiz qalıb və müzakirəyə qatılan tərəflər ortaq məxrəcə gəlib problemin həllinə yardım edən bir yol tapa bilməyiblər”.


