Martın 15-ə keçən gecə Bakıda Müsəlman Birliyi Hərəkatının daha bir üzvü həbs edilib. MBH-nin İdarə Heyətinin üzvü Elxan İsgəndərovu Papanində yaşadığı evdə gecə saat 2 radələrində həbs edərək aparıblar.
Yaxınlarının verdiyi məlumata görə, evin qapısını açan olmayıb, əməliyyatçılar pəncərəni qırıb, evə soxulublar.
Evdə yatan ailə Elxanı son gördüyündə onun başına qara maska keçirilibmiş.
8 maşınla gəlmiş əməliyyatçıların E.İsgəndərovu hara paradığı bəlli deyil. Bu barədə onun ailəsində heç bir məlumat yoxdur. Yaxınları ehtiyat edir ki, E.İsgəndərovu da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, işgəncə verəcəklər.
azadliq.info


