Qaydasız döyüş üzrə Rusiya çempionu, Avropa mükafatçısı, Qarabağ müharibəsi veteranı Azad Məmmədov həbsxanada aclıq aksiyası keçirir. Bu barәdә yerli mәtbuatda artıq mәlumat verilib.
A.Məmmədov barәsindә çıxarılmış qərarı haqsız sayaraq, buna etiraz edir. O işə yenidən baxılmasını tələb edir.
“Bastainfo” A.Məmmədovun ailәsinә yaxın mәnbәyә istinadla xәbәr verir ki, 15 saylı cəzaçəkmə müəssisəsində idmançıya 15-20 nəfərin iştirakı ilə işgəncə verilib – onun əl-qolunu bağlayaraq başını qırxıblar. Həmçinin, bildirilir ki, A.Məmmədov artıq 19 gündür aclıq aksiyası keçirir və səhhəti günü-gündən ağırlaşır.
A.Məmmədov 2009-cu ildə Şəki rayonu Qoxmuq kəndində yerləşən evində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi trəfindən aparılan axtarış nəticəsində “Vinçester” tipli silah, bir ədəd “Tir” tüfəngi və qaz tapançası aşkar edilərək həbs edilmişdi.