8 türk əsgəri şəhid olub

PKK terrorçularının hücumu nəticəsində 8 türk əsgəri şəhid olub

Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin İraqla həmsərhəd Dağlıca zastavasındakı türk əsgərləri PKK terrorçularının hücumuna məruz qalıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, terrorçular iyunun 19-da səhərə yaxın üç istiqamətdən hərbi hissəyə basqın edib. İlkin məlumatlara əsasən 8 əsgər şəhid olub, 15 əsgər yaralanıb. Bölgəyə hərbi helikopterlər və əlavə canlı qüvvə göndərilib. Ərazidə döyüş davam edir.