Qrant qurğuları – Qrant qulları

Xaliq Bahadır

“MSŞT Beynəlxalq idarə heyətinə ünvanlanan, Azərbaycanda islahatların başlandığını, vətəndaş cəmiyyətinin inkişaf etdiyini bildirən Koalisiyanın bir sıra üzvləri yazır: Azərbaycanın MSŞT kimi nüfuzlu bir qurumdan çıxarılmaması üçün ora imza atdıq”. Mirvari QəhrəmanSIZ xalqa, ölkəyə dönüklük imzalamasına belə aydınlıq gətirdi: “… hərə bir maraqdan çıxış edir. Mənim üçün isə ölkəyə kredit gətirilməsi, yeni iş yerlərinin yaradılması maraqlıdır. Sırf bu səbəbdən də məlum sənədə imza atmışam”.
Biriləri dövlət maraqlarının qorunması üçün imza atdıqlarını bildirirlər. Hamısı da yalan danışır. Pula satılmısan, sus! Xalqı, ölkənin, dövləti pula satmısız, satırsız, olsun, ancaq, susun, danışmayın! Qrant qulları!!
Mirvari QəhrəmanSIZ nə deyir: “mənim üçün ölkəyə kredit gətirilməsi, yeni iş yerlərinin yaradılması maraqlıdır”. Bir daha demək gərəkir: yalandır, yalan yoluyla özünü xalqa sevdirmək istəyidir. Demək olar, 24 ildən bəri rüşvət-korrupsiya, soyub-yağmalama yoluyla ölkəni darmadağın duruma gətirən, bilərəkdən ölkədə işsizlik yaradan, milyardlarla Neft-qaz, balıq-kürü, qızıl-gümüş pullarını təkbaşına mənimsəyən, dağıdan, göyə sovuran bir hakimiyətdən ŞƏFFAFLIQ sorğulamaq yerinə, onun kredit almaqla iş yerləri yaratmasına yardımçı olmaq o hakimiyətlə bir olmaq, o hakimiyətin çoxillik ANTİXALQ siyasətlərinə ortaq olmaq deməkdir.
Bir belə doğal resursları olan, milyardların gəlib-getdiyi ölkə 125 milyard borca batırsa, belə varlı bir ölkədə hər bir uşaq az qala 1000 (min!) dollar borcla doğulursa, Təhsil, Sağlamlıq sistemləri başda olmaqla bütün dövlət qurumları xalqı soyub-yağmalayıb yesir gününə qoyursa, alınan milyonlarla dollarlıq yeni-yeni kreditlərin korrupsioner bürokratiya üçün yeni yem bazası olmayacağına kim qarantiya verə bilər?
Təkcə ötən il ölkədə 12 min ailə dağılıb. Nədən? İşsizliyin yaratdığı yoxsulluq, dolanışıq dözülməzliyindən! Elə bu nədənlərdən də bir ayda ölkədə əllidən artıq adam özünü öldürür. Hakimiyət nə edir? Ölkəni hər baxımdan bankrota gətirib çıxaran ANTİXALQ siyasətlərini daha da sərtləşdirir! Hakimiyət ölkəni özünün uğratdığı ölümcül durumdan çıxarmağa çalışmaq yerinə, bu durumu daha da dərinləşdirmək siyasəti yürüdür.
Avropa oyunları adına 10 milyard pul göyə sovrulur. Maşınsürmə oyunlarına milyonlar göyə sovrulur. Dünyada olmayan İslam birliyi adına Bakıda “İslam həmrəyliyi” oyunları keçirilir – 317 milyion manata! Bir neçə. ilin içində 4 min tələbə oxuma pulunu verə bilmədiyinə görə diplom almaq hüququnu itirir. “Dövlətin pulu olmadığından” bundan belə bizdə sınaq imtahanları da pullu olacaq! Yurddaşların böyük çoxluğunun 60 yaşa gəlib çatmadığı ölkədə pensiya yaşının 65-ə qaldırılması… bütün bu faktlar özümlü soyqırım-genosid faktlarıdır: kreditli-kreditsiz! Yeri gəlmişkən, Neft pullarının böyük axınla gələn çağlarında Belorus başda olmaqla bir sıra ölkələrə krediti 0,1 faizlə, öz yurddaşlarına 28-30 faizlə verən, bununla da ölkədə , belə desək, kredit soyqırımı yaradan bir rejimə hansı yolla olur olsun yarınmaq, yarınmağa çalışmaq satqınlıq, dönüklük deyil, nədir?
Bunların İcra hakimiyəti buinalarına yapışdırdıqlarına baxın: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Ortaya belə bir dövlət çıxarın, uğuruna baş qoyaq. Korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞDÜRÜLDÜYÜ dövlət, ailə-klan prinsipləri üzərində qurulan dövlət yalnız o dövlətin siyasətini, yalnız o dövlətin prinsiplərini bölüşənlərin, o prinsiplərə ortaq olanların dövləti ola bilər – hamının yox! O üzdən dövlətiniz, dövlətçiliyinizlə olun, ancaq xalqı aldatmağa, xalqa kələk gəlməyə çalışmayın!
ABŞ Dövlət Departamentini bugünlərdə Azərbaycanla bağlı açıqlaması yayıldı: “Azərbaycan yurddaşlarının özgür, düzgün seçki yolu ilə öz hakimiyətlərini qurmaq hüququ əlləindən alınıb”. Buna deyərlər: “dərinləşən islahatlarda” batan Azərbaycan!

.