“Türkiyə olmasa idi, hazırda etdiklərimizi edə bilməzdik”

ABDli senatörlerden CENTCOM Komutanına PYD sorgusu

ABŞ senatının Silahlı Xidmətlər Komitəsinin sədri, Arizona senatoru Con Makkeyn PYD və PKK-nı nəzərdə tutaraq bildirib ki, “Kürdlərin narahatlığından dolayı Türkiyəyə qarşı Rusiya ilə əməkdaşlıq edirmişik kimi qəribə bir vəziyyətə düşmüşük”. Mərkəzi Hərbi Qüvvələr Komandiri Votel isə Türkiyəyə qarşı heç bir ittifaq içində olmadıqlarını, Ankaranın narahatçılığını anladıqlarını və İŞİD-lə mübarizədəki qatqılarını gördüklərini müdafiə edərək “Türkiyə bu səylərin reallaşmasında önəmli bir ortaqdır, Türkiyə olmasaydı, hazırda etdiklərimizi edə bilməzdik” deyib. Ayrıca Votel bildirib ki, PYD və PKK ilə əlaqəli gərginliyi dialoq yolu ilə azaldaraq NATO müttəfiqi Türkiyə ilə uzun müddətli əlaqələrə zərər vermədən problemləri həll etməyə çalışırıq. Ankaranın PYD-ni ən az İŞİD qədər böyük bir təhlükə olaraq gördüyünü vurğulayan Makkeyn “Türkiyə PYD-ni terror təşkilatı olaraq görürsə, ABŞ-ın PYD ilə birlikdə iş görməsi kimi bir vəziyyətin içindən necə çıxılacaq?” sualına Votel cavab olaraq deyib ki, hərbi liderlərlə yanaşı siyasi liderlərin də bu mövzuda səy göstərməsinin vacib olduğunu bildirib. Makkeyn Votelin sözünü kəsərək “Ərdoğanın bu mövzuda (PYD/PKK) nə qədər ciddi olduğunun anlaşıldığından əmin deyiləm” deyərək fikirlərinə bu cür davam edib: “Xüsusi ilə İncirliyin istifadəsində və Türkiyə ilə işbirliyinə ehtiyac duyulacaq başqa fəaliyyətlərdə Türkiyənin Raqqa əməliyyatında oynayacağı rolu təqdir etdiyimizdən əmin deyiləm, təqdir edəcəyimizi ümid edirəm. Bir şeylər dəyişməzsə burada bir “qatar qəzası” görürəm. Və hökumətin Ərdoğanın kürdləri nə qədər ciddi təhdid olaraq gördüyünü anladığından əmin deyiləm”.

Aqil