İngiltərədə yol cezalarıyla mübarizə üçün hazırlanan bir texnologiya mühacirlərə hüquqi dəstək vermək məqsədiylə istifadə edilməyə başlanıb. “DoNotPay” adı verilən kompüter proqramı “dünyanın ilk robot vəkili” olaraq təqdim edilir.
20 yaşlı Stanford Universitetinin tələbəsi Joshua Brovderin “DoNotPay”i hazırlamaqda məqsədi, park və sürət cəzalarından xilas olmaq istəyən sürücülərə kömək təmin etmək idi. Sonra o, internet robotu sığınacaq müraciəti edən mühacirlərə hüquqi məsləhətlər verəcək şəkildə uyğunlaşdırdı.
Program “Chatbot” formatı sayəsində səsli və yazılı mesajlarla ünsiyyət qurmağı və məlumat əldə etməyi təmin edir. Onun sonrakı addımı qanuni sənəd və tövsiyələri çatdırmaq olur.
Bu texnologiya ABŞ və Kanadada sığınacaq müraciətinin tamamlanması, İngiltərədə isə hökumətdən iqtisadi dəstək almaq üçün istifadə edilir.
azadliq.info