Təxminən 8 min NATO əsgəri Norveçin şimalında, Rusiya sərhədinə 160-300 kilometr məsafədə yerləşən Finnmark bölgəsində təlimə başlayıb.
Norveç Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, ABŞ, İngiltərə və Norveç əsgərlərinin qatıldığı “Joint Viking 2017” təlimi böhranın idarə edilməsi və Norveçin müdafiə praktikası keçməsi məqsədi ilə təşkil edilib. Sputnik Türkiyənin xəbərinə görə Norveç dövlət radiosu NRK-ya danışan hərbi mətbuat katibi İvar Moen birliklərin təlim əsnasında havada savaş təyyarələri, vertolyotlar və karqo təyyarələri ilə bir çox fəaliyyət icra ediləcəyini bildirib. Moen havadakı təhlükəsizliyin təmin edilməsi üçün təlimin həyata keçiriləcəyi bölgədə insansız hava vasitələrinin uçuşunun qadağan edildiyini bildirib. 15 marta qədər davam edəcək təlimdə ABŞ Quru Qoşunları, Amerika Donanması və İngilis Krallıq Donanmasından 700 əsgər qatılacaq.
Qeyd edək ki, bu təlimlər daha öncə 2013-cü ildə Hordalandda, 2014-cü ildə Tromsoda, 2015-ci ildə Finnmarkda, 2016-cı ildə isə Trondelaqda keçirilmişdi. 2015-ci ildə Finnmarkda keçirilən təlimləri Rusiya provokativ hesab etmiş, Kola yarımadasında böyük ölçülü bir təlim həyata keçirmişdi.
Aqil




