ABŞ prezidenti Donald Tramp bildirib ki, keçmiş prezident Barak Obama Rusiya ilə münasibətlərdə zəif mövqe sərgiləyib. Trampın sözlərinə görə, Obamanın dövründə Rusiya “daha da güclənib”. Bu barədə o, öz Twitter hesabında yazıb.
“Rusiya 8 il ərzində prezident Obamanı “basıb-əzib”, onun dövründə getdikcə güclənib, Krımı tutub və raketlərinin sayını artırıb. Zəif!” – deyə Tramp yazıb.
For eight years Russia "ran over" President Obama, got stronger and stronger, picked-off Crimea and added missiles. Weak! @foxandfriends
— Donald J. Trump (@realDonaldTrump) March 7, 2017
Bu, Trampın öz sələfinə qarşı birinci belə bayanatı deyil. Keçən dəfə ABŞ prezidenti diqqət çəkib ki, məhz Obamanın dövründə Krım Rusiyaya birləşdirilib. “Obama adminstrasiyasının dövründə Rusiya Krımı özünə birləşdirdi. Obama Rusiya ilə münasibətlərdə çox yumşaq olubmu?”, – fevralın ortalarında Tramp belə bir sual ünvanlayıb.




