Kanada hökumətindən Rusiya ilə bağlı həyəcanlı xəbərdarlıq

Kanada hökuməti Rusiyanın bu ölkə ilə bağlı gizli planlarından narahat olduğunu bəyan edib.

Kanadanın xarici işlər naziri Xristya Friland “Reuters”ə bildirib ki, Rusiya Kanadada siyasi sistemi destabilizə etməyə çalışacaq:

“ABŞ xüsusi xidmət orqanlarının məlumatlarından da göründüyü kimi, Rusiya Birləşmiş Ştatlarda siyasi sistemi destabilizə etməyə səy göstərdi. Düşünürəm ki, Kanada, eləcə də digər Qərb dövlətləri onlara qarşı yönəlmiş analoji cəhdlərə hazır olmalıdır”.

 

Gültəkin