Ərdoğan Rusiyada Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan 10 martda Vladimir Putinin dəvəti ilə Rusiyaya gedəcək. O, Rusiya və Türkiyə arasında yüksək səviyyəli əməkdaşlıq şurasının 6-cı sessiyasında iştirak edəcək, Kremlin saytında məlumat verilir.

Mətbuat xidmətindən verilən məlumata görə, Putin və Ərdoğan “iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrin bərpası üzrə bütün kompleks məsələləri müzakirə edəcək”. Kreml aydınlıq gətirib ki, liderlər ilk Türkiyə AES-i “Akkuyu”nun və “Türk axını” qaz kəmərinin inşasını müzakirə edəcək. Prezidentlər beynəlxalq terrorizmlə mübarizə və Suriya krizisinin tənzimlənməsi ətrafında da fikir mübadiləsi aparacaq.

İlkin