Komitə sədri PA rəhbərinin “qara siyahısına” niyə düşüb?
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin qəzəbinə gəlib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, PA rəhbərinin Kərəm Həsənova qəzəblənməsi onun dövlət torpaq və xəritəçəkmə komitə sədri Qərib Məmmədovla yola getməməsidir.
Məlumatlara görə, Dövlət Reyster Xidməti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra Kərəm Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini də nəzəratə götürmək istəyir. Elə bu baxımdanda Kərəm Həsənov Qərib Məmmədova savaş açıb. Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun məlumatları ilə Qərib Məmmədovun sədri olduğu komitənin məlumatları arasında ziddiyyətlər də əslində bu savaşın təzahürüdür. Kərəm Həsənov Qərib Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini sübut etmək istəyir. Ramiz Mehdiyev isə ona yaxın şəxsə qarşı Kərəm Həsənovun bu davranışıni hiddətlə qarşılayıb. Məlumatlarda deyilir ki, PA rəhbəri Kərəm Həsənovun yerində oturtmağı planlayıb. Və bu Ramiz Mehdiyev üçün o qədər də çətin deyil. Təkcə ona görə yox ki, PA rəhbəri hakimiyyətdə Kərəm Həsənovdan daha nüfuzlu məmurdur. Həm də ona görə ki, komitə sədri ilə bağlı kompromatlar kifayət qədərdir. Ən çox şikayətlərin məhz ondan olması, rəhbərlik etdiyi komitənin daha çox korrupsiyaya bulaşan qurumlar arasında ilk yerləri tutması, müavinləri Rüstəm Şahbazovla Rafiq Cəlilovun adının müxtəlif cinayətlərdə hallanması Kərəm Həsənovu “vurmaq” üçün yetərlidir.
Hikmət