Bu gün Misirdə prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda pörezidentliyə iki namizəd iddia edir. “Müsəlman Qardaşlar”ın dəstəklədiyi Məhəmməd Mursi və Mübarəkin keçmiş baş naziri Əhməd Şefik.
Səsvermə siyasi gərginlik çərçivəsində keçir. Belə ki, Misir Konstitusiya məhkəməsi ilə öz qərarı ilə Misir parlamentinə keçirilən seçkiləri qeyri-legitim elan etdikdən sonra vəziyyət gərginləşib. Əksəriyyət seçkilərdən sonra Mübarək rejiminin yenidən bərpa olunmasından qorxur.
Birinci turdan keçməmiş, Ərəb Liqasının keçmiş sədri Əmr Musa isə Misir vətəndaşlarını dünyəvi dövlətə səs verməyə çağırıb.
azadliq.info


