
Hər üç amerikalıdan ikisi fikirləşir ki, Trampın Rusiya ilə əlaqələrini xüsusi yaradılmış orqan araşdırılmalıdır. ABŞ-ın hər üç vətəndaşından biri Rusiyanı ABŞ üçün ciddi təhdid hesab edir, CNN/ORC-nin sorğusuna əsasən CNN xəbər verir.
Respondentlərin 65%-i fikirləşir ki, Trampın Rusiya əlaqələrini müstəqil təhqiqatçılar araşdırmalıdır. Yalnız 32%-i düşünür ki, ABŞ konqresinə güvənmək olar. Sorğu məlumatları göstərir ki, Trampın Rusiya ilə əlaqələri ilə bağlı suala cavabda demokrat və respublikaçıların mövqeləri fərqlənir. Demokratlar arasında bu məsələ ilə bağlı xüsusi araşdırma tələb edənlər 82%-dir, respublikaçılar arasında isə 44% təşkil edir. ABŞ vətəndaşlarının yarıdan çoxu (55%) Ağ evin Rusiya ilə əlaqələrindən narahatdır.
Hər üç amerikalıdan biri (34%) fikirləşir ki, Rusiya ABŞ üçün ciddi hədə ola bilər. Buna qədər, 2016-cı ilin mayında ölkə vətəndaşlarının 21%-i bu nəticədə idi.
Rusiya ilə bağlı skandallara rəğmən Trampın reytinqi fevralda cüzi olaraq artıb, 44%-dən 45%-ə qalxıb.
Bundan əvvəl məlumat verilmişdi ki, fevralda keçirilən sorğuya görə 72% amerikalı Putinə neqativ yanaşır. 22% ABŞ vətəndaşı Putini müsbət qiymətləndirib. Bu, 2003-cü ildən bəri maksimal göstəricidir.
İlkin



