Bakıda 31 yaşlı oğlan nişanlısını öldürüb

Bakıda daha bir qətl törədilib.

 

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəcəf Ramiz oğlu Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü İlahə Dəyanət qızı Ağayevanı və onu bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Dəyanət qızı Ağayevanı bıçaqlayıb.

 

Nəticədə İ. Ağayeva aldığı xəsarətdən dünyasını dəyişib. R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən N. Məcidov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.