2genc-intihar

Bakıda dəhşətli intihar: 47 yaşlı kişi boğazını kəsdi

2genc-intiharBakıda 47 yaşlı kişi hamamda boğazını kəsərək intihar edib.

Binəqədi rayon Prokurorluğundan “Trend”ə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 25-də baş verib. Həmin evdə yaşayan, 1970-ci il təvəllüdlü Zeynalov Samir Rəhim oğlu evin hamamında ülgüclə boğazını kəsərək intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.