Bakı-Sumqayıt qatarında gedişhaqqı artırıldı

Martın  3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik edilib. Bu haqda Modern.az-a  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O qeyd edib ki, dəyişiklik, xidmət xərclərinin balanslaşdırılması məqsədilə həyata keçiriləcək.

3 mart 2017-ci ildən  etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:

İstiqamət

Tarif (manatla)

ekonom

biznes

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

1,0

1.60

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0.40

1,20

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0.60

1.40

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0.40

0.80

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0.80

1.40

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0.60

1,20