Xankəndi hava limanını işə salmaq məqsədilə separatçı Dağlıq Qarabağ rejimi daha bir addım atıb. “Anspress”in məlumatına görə, bu məqsədlə Fransanın “Tales” firmasının Almaniya filialı aeronaviqasiya avadanlığını Ermənistana satıb, Ermənistan isə bunu Xankəndiyə ötürüb. Bunun ardınca Azərbaycanın Fransadakı səfirliyi “Tales” şirkətinin rəhbərliyi ilə görüşərək izahat tələb edib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası da öz növbəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinə, Avropa və Şimali Atlantika bürosuna və Avropa Mülki Aviasiya konfransının prezidentinə etiraz məktubu ilə müraciət edib və onların qarşısında avadanlığın Xankəndi aeroportunda quraşdırılmasının qadağan edilməsi tələbini qoyub. “Tales” şirkəti isə bu halın baş verməsinin Almaniya filialının səhvi olduğunu və avadanlığın işlək vəziyyətə gətirilmədiyini bildirib.
Xankəndi aeroportunda reyslər təxirə salınıb. Bununla da, ermənilərin Xankəndi aeroportundan hava reyslərinə başlamaq planları növbəti dəfə təxirə salınıb.
Xatırladaq ki, Xankəndi hava limanı Azərbaycanın nəzarətindən kənar ərazidə yerləşdiyindən Bakı bu uçuşlara imkan verməyəcəyi barədə bir neçə dəfə xəbərdarlıq edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın mövqeyini rəsmən müdafiə edir.
Ermənilər Xankəndi aeroportunu işə sala bilmədi
•
•


