Ukrayna azarkeşləri Avropa futbol çempionatına kilsədə də baxa biləcəklər. Kievin kilsələrin birində ziyarətçilər üçün belə imkanlar yaradılıb. Kilsədə poyektor, noutbuk və monitor qoymaqla futbol tamaşası təşkil edən Taras ata bunda günah olmadığını bildirir. Ziyarətçilər səhər dini ayinə, axşam futbola baxmaq üçün kilsəyə gələ bilərlər.
O deyib: “Müqəddəs kitabda futbola baxmağın günah olduğu ilə bağlı heç nə yazılmayıb. Ukrayna yığması oynamayanda mən gözəl futbola azarkeşlik edirəm, oynayanda isə mill yığmaya”.
Kilsədə futbola baxmağın öz şərtləri var. Mədəni olmaq, spirtli içki və tütündən istifadə etməmək və heç bir halda söyüş söyməmək.
azadliq.info


