Feysbukda video paylaşan şəxsi zorla polisə aparmaq istədilər VİDEO

Paytaxtın Qızıl Şərq küçəsi ev 189, mənzil 7 ünvanında yaşayan Səbuhi Hacıyev həyacanla redaksiyamıza zəng edərək ona kömək etməyimizi istəyirdi. Yasamal rayon polisinin xeyli əməkdaşı onların evinə gəlib polis bölməsinə aparmaq istədiklərini bildirirdi. Amma ötən ilin sentyabrında feysbukda paylaşdığı videoya görə onu polisə aparıb 30 sutka həbs verilməsindən qorxaraq bu dəfə polisə getmək istəmədiyini bildirirdi. Həmin zaman ona açıq bildirilmişdi ki,  birdə belə hərəkət etsə uzunmüddətli həbslə üzləşəcək.

Bir neçə gün əvvəl Səbuhi Hacıyev yutub kanalı vasitəsi ilə yeni video yayımlayıb. Bu dəfə də hakimiyyəti məhz həmin videonun narahat etdiyini düşünür.

Əməkdaşımız Səbuhi Hacıyevin mənzilinə çatanda artıq Rövşən adlı polis kapitanı evə daxil olmuşdu. Bayırda isə iki avtomaşında 7-8 mülki geyimdə polis gözləyirdi. Polis kapitanı Səbuhini polis bölməsinə aparmağa razı sala bilməyəndə ona vəkillə birlikdə polisə gəlməsini məsləhət görüb. Guya getmək üçün qapını açan zaman polislər evə doluşub. Evdə olan körpə uşaqlara qarşı zorakılıq olub. Səbuhi isə ikinci mərtəbədən tullanaraq qaça bilib.

Əməkdaşımız hadisə yerindən canlı yayımla hadisələri yayımlaya bilib. Daha sonra 27-ci polis bölməsinin yüksək rütbəli əməkdaşı Səbuhinin evinə gəlib anası Yaqut Mizəyeva ilə danışıqlar aparib. Məsələnin araşdırılaraq müsbət nəticə veriləcəyinə söz verib.

azadliq.info