Bu isə imitasiyadan başqa bir şey deyil
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov2016-cı ildə 56 631 nəfərin məşğulluğunun təmin edildiyini bildirib. Bunun 2015-ci illə müqyisədə iki dəfədən çox olduğunu deyən nazir bildirib ki, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır: “Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Xorvatiyada 12,8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, Niderlandda 6 faiz təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir”.
S.Müslümov Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deyib.
Vəziyyət bəs əslində, necədir? Açıqlamadan kənar real vəziyyət tam başqadır. Ölkədə yoxsulluğun səviyyəsini müəyyənləşdirmək üçün öncə ev təsərrüfatlarının büdcə müayinəsini keçirmək lazımdır. Bundan başqa, işsizliyin səviyyəsi ev təsərrüfatlarının əmək müayinəsi aparılandan sonra müəyyənləşməlidir. Azərbaycanda bunu tətbiq etmək üçünsə mütləq təmsilçilik təmin olunmalı, ən azı, 4-5 min ev təsərrüfatı arasında sorğu keçirilməlidir. Bu proses də həddən ziyadə maddi vəsait tələb etdiyindən, sosial istiqamətdə yüksək rifah olması fikirlərini səsləndirirlər. Ölkədə iş yerlərinin əksəriyyəti də müvəqqəti xarakter daşıyır. Belə bir vəziyyətdə, yoxsulluq və işsizliyin səviyyəsiylə bağlı rəsmi məlumatlar heç bir vəchlə reallıqla uzlaşmır. Azərbaycanda iqtisadi və sosial baxımdan müsbət durumun olduğunu, əhalinin yoxsulluq həddinin ən aşağı göstəricisini iddia etmək isə, imitasiyadan başqa heç nə deyil.
Sosial şöbə