Salyanda silahlı insident: 1 ölü

Bu gün Salyan rayonunda silahlı insident baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dayıkənd kəndində 1988-ci il təvəllüdlü Məlikov Nemət Sədrxan oğlu 1969-cu ildə anadan olmuş Əkbərov Mərdan Almaz oğlunu ov tüfəngi ilə güllələyib. İkinci xəstəxanaya aparılarkən yolda ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, N.Məlikov hadisəni qısqanclıq zəminində törədib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.