“Associated Press” İlham Əliyev və ailəsinin hakimiyyətdən yararlanaraq varlandığını xatırlatdı
Ötən gün Milli Məclis “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” qanun qəbul edib. Qanun Konstitusiyanın 107-ci maddəsilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil ediləcək. Azərbaycanda belə hal olmadığından, bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunacaq. Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib.
Dünya mediası eks-prezidentlər haqqında qanun layihəsi haqda xəbəri tirajlayarkən Azərbaycan hakimiyyəti və Ilham Əliyevə yönəlik tənqidlərə də toxunub. “Associated Press”in xəbərində deyilir ki, Ilham Əliyev və onun ailəsi hakimiyyətdən yararlanaraq külli miqdarda varidat əldə etməkdə günahlandırılır.


