(Azərbaycan qanunlarına edilən yeni dəyişikliklərə görə, sahibkar olmaq artıq bizim ölkədə sirr sayılır)
Milli Məclis dünən iki qanuna mürtəce və biabırçı dəyişikliklər etdi. Artıq dövlət idarələrindən informasiyanın əldə olunmasına o şərtlə icazə veriləcək ki, həmin məlumat Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarına, sağlamlığa, mənəviyyata zidd olmasın. Söhbətin mücərrəd bədii qatlarına baxın hələ. “Informasiya əldə etmək haqqında”ÿqanun bu səbəbdən dəyişdirilib. Bəs görəsən bunu kim və necə müəyyən edəcək?
Digər düzəliş “Kommersiya sirri haqqında”ÿqanuna edilib. Bu dəyişikliyə görə isə kommersiya şirkətlərini yaradanlar və onların şirkətdə payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq. Yəni belə məlumatları daha jurnalistlərə və bütünlüklə cəmiyyətə verməyəcəklər.
Vəssalam. Prezident ailəsinin biznesi ilə bağlı araşdırmalarımıza bu cür cavab gəldi. Əslində, bu dəyişikliklər prezident ailəsinin biznesinin gizli saxlanması haqda qanun yaratmağa xidmət edir. Bunun üçün görün necə mürtəce və həm də absurd qanun qəbul etdilər.
Bəs bundan sonra uçmaqda olan təzə binanın sahibinin kimliyini necə biləcəyik?
Ölkəyə zəhərli qida gətirən, vaxtı keçmiş mal keçirən şirkətin sahibini necə öyrənəcəyik?
Sahibkarlıq gizli olacaqsa, sahibkarlar ittifaqının üzvləri kim olacaq?
Sahibkarlara Dəstək Fondu kimə yardım edəcək?
YAP-çılar milli burjuanın inkişafı haqda tez-tez danışırlar, bəs bundan sonra milli burjua sirmi qalacaq?
Ilham Əliyev sahibkarlığın inkişafından danışarkən onların gizli inkişafınımı düşünürdü?
Ən maraqlısı… Indi prezidentin sahibkarla görüşünə kimlər qatılacaq? Görüşə kimi çağıracaqlar, maskalı sahibkarlarımı? Bir anlığa ITV-də bu səhnənin seyrini göz önünə gətirin.
Qanunlara edilən təzə əlavələrin bu qədər absurd olması bir yana, onlar Konstitusiyaya, Avropa Konvensiyasına ziddir, həm də Azərbaycanın bir çox qanunları ilə təzad təşkil edir.
Məsələn, “Dövlət satınalmaları haqda” qanunun 13-cü maddəsində maraqların ziddiyyətinə görə tenderə buraxılması qadağan olunan şəxslərdən danışılır – qohumlar və s. Kommersiya sirri olduğu üçün biz necə biləcəyik ki, tenderi udan şəxs vəzifə sahiblərinin qohumu deyil.
Hüquqşünas Erkin Qədirli yeni dəyişikliklərin azı 10 məqama görə mövcud qanunlarla təzad təşkil etdiyini sadalayır.
Bir sözlə, biabırçılıqdır. Nəinki Avropa ölkələrində, hətta Iranda da bu cür gizlətmə qanunu olmadığı halda, prezident ailəsinin biznesini gizli saxlamaq üçün belə bir addım atırlar. Amma undurlar ki, bu qanun işləməyəcək. Avropa Insan Haqları Məhkəməsinin bir çox qərarları prezident hüquq kimi buna əngəldir.
“Eurovision” məhbusu
Səbayel Rayon Polis Idarəsinin Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun foto-reportyoru, jurnalist Mehman Hüseynovun barəsində cinayət işinə başlaması haqda məlumat vardı. Dünən Mehman Hüseynova idarəyə çağırılıb, ondan ifadə alınıb və təqsirləndirilən şəxs kimi saxlanılıb. Yəqin Mehmanı bu gün və ya sabah məhkəməyə aparacaqlar və haqqında həbs qətimkan tədbiri seçiləcək.
Mehman çox istedadlı foto-reportyordur, onun çəkdiyi şəkillər ölkədəki qanunsuzluqları gözəl əks etdirir. Bu səbəbdən onun fəaliyyəti qəzəb doğurur. Amma aydındır ki, Mehmanın timsalında Azərbaycan hakimiyyəti RATI-dən intiqam alır. Xüsusən də, “Demokratiya üçün oxu!” kampaniyasına görə.
Ona görə də, həbs olunacaqsa, Mehman “Eurovision” məhbusu sayılacaq. Və yəqin ki, növbəti “Eurovision” mahnı yarışmasının finalı onun fotosu ilə açılacaq.

Prezidentlə görüşdə maska geyən sahibkarlar
•