İyunun 13-nə keçən gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində 1986-cı il təvəllüdlü Şiriyev Elvin Elman oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili qorunmayan keçiddə qatarla toqquşub. Nəticədə qatarın lokomotivi avtomobili əzib və xeyli məsafədə sürüyüb. Sürücü hadisə yerində ölüb.
Hadisə zamanı tamamilə əzilmiş avtomobildən sürücünün meyitini çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri də cəlb olunub.


