Oqtay Əsədov Zahid Oruca “ilişdi”

Deputat isə spikerə sərt cavab verdi

Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilərkən deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında söz atışması olub.
Qanuna təklif edilib ki, ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilsin.
Zahid Oruc isə bildirib ki, pasportlar 1 yaşadək və 1-3 yaşadək yox, birbaşa 1-3 yaşadək verilsin. O deyib ki, uşaqlar 3 yaşadək sifətini az dəyişir, uşaqların hamısı bir-birinə oxşayır.
Spiker deputatın fikirlərini belə cavablandırıb: “Hamı sənin kimi xoşbəxt deyil ki, sifəti heç vaxt dəyişməsin”. Zahid Oruc bu replikanı sərt cavablandırıb: “Mənim bir sifətim var”.