“Facebook”u sevməyən ölkələr

“Facebook” sosial şəbəkəsi dünyanın 137 ölkəsinin 126-da liderlik edir. İtalyanlar gündəlik trafik həcminə görə dünya ölkələri arasında populyar sosial şəbəkələri araşdırıblar. 845 milyon istifadəçisi olan “Facebook” ən çox ABŞ, Avstraliya, Yaponiya, İngiltərə, Kanada, Braziliya və Hindistanda istifadə edilir. Türkiyə də ən çox “Facebook” istifadəçisi olan ölkələr arasındadır.

İstifadəçi sayı ABŞ-da 222 milyon nəfər təşkil edərkən, Avropada bu rəqəm 232 milyondur.

“Facebook”un liderlik etmədiyi ölkələr də var. Məsələn Rusiyada birincilik “VKontakte” sosial şəbəkəsindədir. Çində “QZone”, Vyetnamda “Zing”, Latviyada “Draugiem”dir.

Sosial şəbəkələr xəritəsində baxdıqda növbəti yerlərdə “Twitter” ve “LinkedIn” və”Badoo”nu görmək olar. “Google plus” isə bir o qədər populyar deyil.

azadliq.info