Bu gün “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. R.Hacıbəyli bildirib ki, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.
Xatırladaq ki, fevralın 18-i və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev, Fizzə Heydərova və mətbəə direktoru Akif Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilmişdi.
Mətbəə direktoru Akif Quliyev isə müstəntiq Anar Dəmirçiyev və Aqil Ələkbərov tərəfindən qəzetin maliyyə direktoru Faiq Əmirliylə maliyyə məsələləri ilə bağlı izahat verdiyini və barəsində acılmış ”Hizmət” Hərəkatının 162006055 №-li cinayət işi ilə istintaqın başlandığını bildirib.
Dindirilən əməkdaşlar bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.
Qəzetin əməkdaşları bundan əvvəl də sözugedən cinayət işi ilə baglı dindiriliblər.