Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib. Bu barədə “Qafqazinfo”ya partiya sədrinin müavini Xəzər Teyyublu məlumat verib. O bildirib ki, M. Mirəlioğlunun qızı vəfat edib. Ötən gecə Mirmahmud bəyin qızı Mahirə xanım qəflətən vəfat edib.
Mərhumun dəfn mərasimi bu gün Saray qəsəbəsində olacaq.
Qeyd edək ki, M. Mirəlioğlunun qızı 3-4 il əvvəl ailə həyatı qurub.
Onu da xatırladaq ki, bir neçə il əvvəl M. Mirəlioğlunun yeniyetmə oğlu da vəfat etmişdi.
Allah rəhmət eləsin!


