azerb-rezalet1

Polis qadını sürüyüb soyundurdu (VİDEO)

azerb-rezalet1Azərbaycanda baş vermiş rəzalət sosial medianı silkələdi; bəs Daxili İşlər Nazirliyi nə dedi?

Azərbaycanda görünməmiş olay baş verib. İki nəfər polis işçisi bir qadını günün-günorta çağı küçənin ortasında üst paltarları əynindən çıxana qədər sürüyüb. Hadisənin şahidləri olayı videolentə alıblar. Video daha sonra sosial mediada yayılıb.
Videodan görünür ki, polislər qadını yerə yıxıb sürüyür. Qadın müqavimət göstərmək istədikdə polislərdən biri çox təhlükəli cani yaxalayırmış kimi, qadına aşırı zor işlədir. Polis vəhşiliyi nəticəsində qadının üst geyimi ənindən çıxır. O, yerdə yarıçılpaq halda çabalayır, polsin əlindən qurtulmağa çalışır, amma polis zorakılığını artıraraq onu sürüyə-sürüyə harasa aparır.

Hadisənin paytaxt Bakıda, yoxsa başqa şəhər və ya rayonlardan birində baş verdiyi bəlli deyil. Polislərin və qadının, həmçinin kənardan olaya tamaşa edənlərin Azərbaycan dilində danışması isə hadisənin hansısa xarici ölkədə baş vermədiyini təsdiqləyir.  Üstəlik günün sonunda “Azadlıq”a belə bir məlumat daxil olub ki, hadisə iki gün qabaq Gəncə şəhərində baş verib. Lakin məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov “Azadlıq”a bunları deyib: “Mən bu videoroliklə tanış deyiləm. Bu, səhnələşdirilmiş bir video da ola bilər. Lakin konkret şikayətçi olarsa, məsələ araşdıralacaq”.
Mövzunu davam etdirəcəyik.

İnformasiya şöbəsi