ANS TV-nin ötən həftəsonu efirə gedən “Hesabat” verilişi üçün eks-baş nazir, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyndən müsahibə alınsa da, reportaj efirə getməyib. Bu barədə “Yeni Müsavat” xəbər yayıb, P.Hüseyn isə faktı qəzetə təsdiqləyib.
P.Hüseyn deyib ki, çəkiliş zamanı ona yalnız bir sual ünvanlanıb: “Hillari Klinton Azərbaycan müxalifəti ilə hansı səbəbdən görüşməyib?”.
P.Hüseyn deyib ki, onun cavabı belə olub: “Bizə belə informasiya verilib ki, Azərbaycan rəhbərliyi ABŞ rəsmilərinə çatdırıb ki, dövlət katibi müxalifət liderlərilə görüşərsə, onun prezident İlham Əliyevlə görüşü baş tutmaya bilər. Dəlil olaraq göstərmək olar ki, PA rəsmisi Novruz Məmmədov görüşün baş tutub-tutmayacağının hələ dəqiqləşdirildiyini bildirirdi. Bunun ardınca Dövlət Departamentindən bu məzmunda açıqlama verildi ki, Vaşinqton rəsmi Bakı ilə münasibətlərin qırılmasını istəmir. Ümumiyyətlə isə müxalifətlə bu ranqlı görüşlər demokratik ölkələrdə olur. Saakaşvili ABŞ-ın adamı hesab olunur. Lakin xanım Klinton Tiflisidə Saakaşvilinin rəqibləri ilə görüşdü. Klinton Ermənistanda prezident Serj Sərkisyana təriflər yağdırsa da, Ermənistanın onun liderliyi altında böyük uğurlar qazanacağı haqqında bəyanatlar versə də, Azərbaycan dövlət başçısı haqqında bunları eşitmədik. Bu, əslində səfərin nəticələrini dəyərləndirmək üçün olduqca ciddi əlamətdir”.
Pənah Hüseyn Klintonla görüş haqda elə açıqlama verdi ki…
•
•


