ulduz fali

Günün ulduz falı (10.06.12)

QOÇ
Sizin günahınız olmadan yaranan problemi həll etməli olacaqsınız. Liderlik bacarığınızı nümayiş etdirmək üçün əlverişli zamandır. Günün ikinci yarısı isə ünsiyyət üçün münasib hesab edilir. Ulduzlar xəbərdarlıq edir ki, bu ünsiyyət zamanı təsir altına düşməyin.
BUĞA
Gün sakit keçəcək, az da olsa, sevincli anlar bəxş edəcək. Yaxşı alış-veriş edəcəyiniz, mənzildə dəyişiklik etməklə bağlı planlarınızı həyata keçirəcəyiniz proqnozlaşdırılır. Maraqlı və cəlbedici təkliflər də ala bilərsiniz. Gün ailəvi istirahət üçün daha münasibdir.
ƏKIZLƏR
Yeni başlanğıclarla ehtiyatlı olun. Bu işləriniz o zaman təhlükəsiz sayıla bilər ki, arxanızda daha təcrübəli və böyük təsirə sahib şəxslər durub. Alış-verişə çıxmağınız məsləhət deyil, çox pul xərcləmək ehtimalı böyükdür. Bununla belə, mağazaları gəzməkdən tamamilə imtina etmək də düzgün olmaz, çünki məhz orada sizi tanışlıq gözləyir.
XƏRÇƏNG
Yola çıxmaq, şəraiti dəyişmək üçün əlverişli gündür. Əgər bu gün yeni tanışlığa can atsanız, ünsiyyət dairənizin genişlənməsi gözlənilir. Gününüzü evdə keçirsəniz, darıxacaqsınız. Buna görə də teatr və ya konsertə getməyi planlaşdırmaq olar. Gözəl xarici görünüşə sahibsiniz, amma imicinizdə eksperimentlər aparsanız, daha da yaraşıqlı olacaqsınız.
ŞIR
Işlər istədiyiniz kimi getməsə də, şikayətlənməyə dəyməz. Xırda anlaşılmazlıq sizin əhvalınızı korlamayacaq. Uzaq qohumlardan birinin qonaq gələcəyi ehtimal edilir. Günün axşam saatları ailəvi söhbət, uşaqlarla zaman keçirmək üçün münasib sayılır.
QIZ
Işlərinizdə səliqə-sahman yaratmaq çətin olmayacaq. Bu gün həll etməyə çalışdığınız problemlər göründüyündən də qəliz olacaq. Yaşlı nəslin nümayəndələri ilə aranızda fikir ayrılığı yaranacaq. Maliyyə və əmlakla bağlı məsələlərə aydınlıq gətirmək çətin olacaq.
TƏRƏZI
Gərgin, amma maraqlı gün gözlənilir. Siz həmişə hadisələrin mərkəzində olursunuz. Güclü yumor hissiniz çoxdankı konfiliktləri aydınlaşdırmaqda sizə yardımçı olacaq. Qohumlarla aranızdakı fikir ayrılığı ciddi olacaq və kompromisə gəlmək elə də asan olmayacaq.
ƏQRƏB
Bu gün kifayət qədər işiniz olacaq, qəribədi ki, bundan yorulmayacaqsınız. Məsələ sizin həyat eşqinizin yüksək olmasındadır. Necə deyərlər, ehtiyatda hələ çoxlu enerjiniz var. Ehtimal ki, planlaşdırmadığınız görüşlər və xoş sürprizlər də olacaq.
OXATAN
Siz günün yarısını yollarda keçirəcəksiniz. Yaşca sizdən böyük şəxslə aranızda münaqişə baş verəcəyi ehtimal edilir. Bu münaqişə sizdə yeni ideyalar və aktual problemlərə maraq doğuracaq. Hüquq-mühafizə orqanlarının nümayəndələrindən işiniz keçəcək. Günün ikinci yarısında maliyyə itkisi gözlənilir.
OĞLAQ
Bu gün sizin aləminizdə ən yüksək mərhələdir. Bu gün siz qarşınıza qoyduğunuz məqsədə nail olacaqsınız. Yaxşı olar ki, yaxınlarınızı planlarınızla həmişə tanış edəsiniz. Bununla da yaxşı məsləhətlər, real köməklik ala bilərsiniz. Keçirdiyiniz hisslər barədə açıq danışmaqdan çəkinməyin.
DOLÇA
Yenicə verdiyiniz qərarlardan vaz keçməyin, iradəli olun. Sizin hərkətləriniz ətrafdakılarda təəccüb doğura bilər. Sizdən incik gəzən şəxs az sonra doğru olduğunuzu etiraf edəcək. Xırda problemlər də istisna edilmir. Bu, məsrəflərlə bağlı olacaq.
BALIQLAR
Gün qarşınızda yaxşı imkanlar açacaq. Bununla belə, onu uğurlu saymaq olmur. Çünki yolunuzda sizinlə yaxşı münasibəti olmayanlar duracaq. Onlar xoş ifadələrin altında öz hiylələrini gizlətməyə çalışacaqlar. O üzdən də siz qalib olsanız belə, buna sevinməyəcəksiniz.