Yeni prezidentdən gözləntilər böyükdür

Almaniyanın keçmiş Xarici işlər naziri Frank Valter Steinmeierin prezident seçilməsi alman siyasətçilər arasında əsasən müsbət qarşılanıb. Almaniyanın Baş naziri Angela Merkel Steinmeierin “çətin bir dövrdə” üstün keyfiyyətli bir federal prezident olacağını ifadə edib.

Frank Valter Steinmeier seçkidən sonrakı çıxışında Avropada azadlıq və demokratiyaya tərəf olduğunu bildirmiş populizmə qarşı cəsarətli mübarizə çağırışı etmişdi. Sosial Demokratların təmsilçisi olan Steinmeier “təməl prinsiplərimizi birlikdə qorumaq istəyirik, bunu etmək məcburiyyətindəyik. Bu prinsiplər pozulmaz deyil, amma mənim qanımda yetərli qədər güclüdür” demişdi.

Xristian Sosial Birlik partiyasının (CSU) lideri Horst Seehofer də partiyası baxımından Gauckun prezidentliyindən sonra bu vəzifəni eyni keyfiyyətdə icra edəcək yeni bir prezidentin əhəmiyyətli olduğunu vurğulayıb. Xristian Demokrat Birlik partiyasının (CDU) başkan vəkili Thomas Strobl Almaniyanın “toparlayıcı, insanları cəmiyyətə inteqrasiya etdirəcək və sabitlik təmin edəcək” bir prezidentə ehtiyacı olduğunu söyləyib.

Federal Məclisin Sosial Demokrat Partiyasından olan keçmiş sədri Volfgang Thierse də “Steinmeierin bu vəzifəyə seçilməsi bir çox insanın demokratiyaya və AB-nin fikir ayrılığı içində olması səbəbiylə duyduğu etibarsızlığa verilmiş yaxşı bir cavabdır” deyib. Thierse digər ölkələrə nisbətən sabit bir ölkə olan Almaniyanın dünya səviyyəsində boynuna daha çox məsuliyyət götürməsi lazım gələcəyini də ifadə edib.

Sol Partiyadan Federal Məclis qrupunun sədri olan Dietmar Bartsch isə “ən əhəmiyyətlisi, Steinmeierin Almaniya, Avropa və dünyada birlik və bütövlüyü gündəminin ilk sırasına almasıdır” deyib.

 

azadliq.info