Turistin sözlərini səhv tərcümə edən bələdçi həbs olunub

aTanzaniyada bir turistin ölkə və Tanzanyalılar haqqındakı sözlərini səhv tərcümə edən bələdçi həbs edildi.

İnternetdə yayılan videodan görünür ki, tərcüməçi Svahili dilində turist qadının “tanzanyalılar, aclıqdan şikayət etməkdən vaz keçsin” dediyini söyləyir. Halbuki qadın “tanzanyalılar möhtəşəm insanlardır” deyir. Bələdçi ölkənin imicinə zərər vurduğuna görə Turizm Nazirinin təlimatıyla həbs edildi. Turizm Nazirliyi çöl həyatı və təbii gözəllikləri ilə məşhur olan Tanzaniyanı “Afrikanın ruhu” şüarıyla reklam edir.

Yerli polis rəsmisi Cəfəri Məhəmməd BBC-yə açıqlamasında bələdçinin turisti səhv istiqamətləndirdiyini söyləyib.
O, videonun internetə bələdçi tərəfindən yüklənib- yüklənmədiyinin araşdırıldığını deyib. Çünki kompüter sistemlərinə yanlış və səhv istiqamətləndirici məlumat yükləməyi cinayət sayan qanunu pozanlar 1.300 dollar pul və ən az üç ay həbs cəzasına məhkum edilirlər.

Bir Keniya qəzetinin internet saytında yayımlanan videoda turistlə bələdçi arasındakı dialoqu belə verilib:

Turist: Salam. Tanzaniya ziyarətim çox gözəl keçdi. Çox gözəldi. İnsanlar dostcanlı və möhtəşəm. Burada olmaqdan çox xoşbəxtəm. Təbiəti gözəl, heyvanlar fövqəladə.
Bələdçi (tərcümə edir): Siz tanzanyalılar davamlı aclıqdan şikayət edirsiniz. Evlərinizdə çiçəklər varkən, “acıq” deyə ağlayırsınız. Nədən çiçəkləri qaynadıb suyunu içmirsiniz? Davamlı aclıqdan şikayət etmək xoş bir şey deyil.

Turist: Başqa yerlərin əksinə buradakı heyvanların müxtəlifliyi və insanlar inanılmazdır. Tək sözlə, çox gözəldir.
Bələdçi: Prezidentinizin sizə yemək hazırlamasını istəyirsiniz?. Prezidenti aşbaz mı sanırsınız? Bir az çalışın, paltarlarınızı qaynadın və yeyin.

Turist: İnsanın bütün həyatı boyunca bunu yaşaması çox gözəl. Fövqəladə və gözəl. İnanılmaz, tam mənasıyla möhtəşəm bir şey.

Bələdçi: Ölkənin hər küncündə artıq işə başlayın. Prezident dövlətin işlərini buraxıb sizə yemək bişirə bilməz. Yeməyinizi özünüz hazırlayın.

azadliq.info