Türkiyədə referendumun vaxtı elan olundu

Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun vaxtı elan olunub. Türkiyə Ali Seçki Qurumunun sədri Sədi Güvən bildirib ki, referendum aprelin 16-da keçiriləcək. O, səsvermədə 10 partiyadan müşahidəçilərin olacağını deyib.