İyunun 8-də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Zaqataladan Bakıya, cəza çəkdiyi 16 saylı müəssisəyə qayıdıb. Məlumatı “Media forum” saytına Arif Hacılının qardaşı Mustafa Hacıbəyli verib.
Arif Hacılı anasının yas mərasimində iştirak etmək üçün mayın 31-də 7 günlüyə azadlığa buraxılmışdı.
Müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə tutulan Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


