Dünya birdən dağıla bilər

Hələ bu əsrdə dünya geri dönüşü olmayan ekoloji fəlakətlə üzləşə bilər. Qlobal ekosistem ehtimal olunduğu kimi tədrici yox, birdən çökə bilər. “Kritik nöqtə”ni geri çevirmək üçün gecikmədən tədbirlər almaq lazımdır. 22 ekoloq, geoloq və paleontoqlardan ibarət qrup apardığı araşdırma ilə bağlı BMT-nin Rio-de-Janeyroda keçirilən konfransda çıxış etməyə hazırlaşırlar.  

Planetin tarazlığını qlobal istiləşmə, əhali artımı, ətraf mühitin pisləşməsi pozacaq. 2050-ci ildə yer kürəsində 9,3 milyard adam yaşayacaq, planetin tempraturu 2 dərəcə aratacaq.

Kaliforniya unoversitetinin professoru Entoni Bernoskiyə görə, dəyişikliklər geri dönüşü olmadan, olduqca dağıdıcı ola bilər. O zaman dünya əhalisini yedirtmək olmayacaq.

azadliq.info