AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt iyunun 12-14-də ölkəmizə səfər edəcəklər. Bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayııb. Səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında ədalət məhkəməsi, dözümlülük, yerli və regional demokratiyalarla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dəyərləndirməkdir. Həmməruzəçilər dövlət rəsmilərindən ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, eləcə də siyasi partiyaların rəhbərləri ilə görüşəcək, Quba rayonuna səfər edərək oradakı dini icmaların və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.
AŞPA həmməruzəçiləri gəlir
•


