Bakıda dəhşət: qadını maşında yandırdılar

İyunun 7-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Ağahüseyn Dadaşov “VAZ-21015” markalı avtomaşınında, qeyri-rəsmi nikahda olduğu Lənkəran rayon sakini İlhamə Xudayarovanın üzərinə benzin tökərək yandırıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İ.Xudayarova xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

A.Dadaşov Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulub.