Xalq rəssamının oğlu itkin düşüb

Azərbaycanın tanınmış rəssamının oğlu itkin düşüb. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu dünən səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi barədə yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Daxil olan məlumat əsasında S. Xəlilovun axtarışlarına başlanıb.

Prokurorluqdan həmçinin bildirilib ki, itkin düşən S.Xəlilov xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğludur.