BMT-nin Suriyadakı müşahidəçi qrupuna sui-qəsd cəhdi edilib. Bu haqda BMT-nin Baş Katibi Pangimun bəyan edib. Hucum aktı müşahidəçi qrupu Əl-Kübeyr kəndində dinc sakinlərin kütləvi şəkildə öldürülməsi faktını araşdırarkən, odlu silah vasitəsilə gerçəkləşdirilib. Pangimun Bəşər Əsədin öz legitimliyini tamamilə itirdiyini bildirib. Suriya Milli Şurası Əl-Kübeyrdəki qətliamın qurbanlarının uşaq və qadınlar olduğunu bildirir.
Ərəb Liqasının Baş Katibi Nabil əl-Ərəbi BMT-i Əsəd rejiminə qarşı bütün mümkün vasitələri tətbiq etməyə çağırıb. O cümlədən hərbi müdaxilə imkanına yenidən baxmağa.
Ərəb Liqası: “Biz BMT-nin Təhlükəsizlik Şurasını Suriya hökümətinə qarşı cəza tədbirləri görməyə və rejimi cəzalandırmağa çağırırıq. BMT nizamnaməsinin “7-ci maddə”sinə baxlmasını istəyirik”.
azadliq.info


