NİDA vətəndaş hərəkatının 6 yaşı tamam olur. AXCP sədri Əli Kərimli bu münasibətlə feysbuk səhifəsində hərəkatın üzvlərini və tərəfdarlarını təbrik edib.
“Siyasi təşkilatlanma üçün indiki ağır dövrdə gənc dostlarımız ciddi bir təşkilat yarada bildilər. Yüzlərlə bacarıqlı, yüksək təhsilli, mübariz gənci demokratik dəyişikliklər uğrunda mübarizəyə cəlb etməyi bacardılar. Elə bu uğurun nəticəsidir ki, son 4 il ərzində NİDA hərəkatı rejimin əsas hədəflərindən biridir. Çox sayda üzvü siyasi məhbus həyatı yaşamış NİDA hərəkatının hazırda da 5 nəfər fəal üzvü həbsdədir. NİDA-çı siyasi məhbuslar İlkin Rüstəmzadəyə, Elgiz Qəhrəmana, Əbdül Əbilova, Bayram Məmmədova, Qiyas İbrahimə və bütün siyasi məhbuslara azadlıq arzulayıram! NİDA hərəkatına daha da böyümək, güclənmək və uğur arzu edirəm. Var olun! Haqlı mübarizənizi hər zaman dəstəkləyəcəyik!”, – deyə Ə.Kərimli təbrikində yazır.