ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün hər hansı addım atmadığını bəyan edib.
Bunu Ağ Evdən bildiriblər. “Mən heç nəyi yumşaltmamışam”, – deyə D. Tramp söyləyib.
Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələri ABŞ-ın Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı sanksiyaları yumşaltdığı barədə xəbər yayıblar. Söhbət Rusiyaya informasiya texnologiyaları məhsullarının satışından gedir. Rusiyada bu məsələni FSB tənzimləyir. ABŞ Maliyyə Nazirliyi ölkə şirkətlərinin bu məhsulları Rusiyaya satmasında yarana biləcək problemə yol verməmək üçün məsələyə aydınlıq gətirib.
Xatırladaq ki, ABŞ-dakı seçki dövründə Demokratlar Partiyasının serverlərinə haker hücumları ilə əlaqədar keçmiş prezident Barak Obama tərəfindən FSB-yə qarşı sanksiya tətbiq edilib.
(apa)



