İsrail ordusundan iyrənc davranış

İsrail ordusunda itlərin təlimi üçün yaradılan “Oketz” adlı ordu birləşməsinin itlər üçün təlim hədəfi kimi fələstinliləri istifadə etməsi faktı ortaya çıxıb.

İsrail qəzeti “Haaretz”in yazdığına görə, partlayıcı maddə və silah tapmaq üçün xüsusi təlim görmüş itlər üçün fələstinli müsəlmanlar xüsusi olaraq seçilir. Qəzetə bu informasiyanı hərbi birləşmədə xidmət edən Tamar Fleşman verib.

Təlim mərkəzi Ramallah şəhərində yerləşən birlik nəzarət postlarından keçən fələstinliləri saxlayıb, zorla maşından çıxarırlar. Şəxsiyyət vəsiqəsi alınan şəxslər üzərlərində itlərlə 10 dəqiqə təlim keçildikdən sonra azad edilirlər. Bir əsgər itini öyrədərkən, digər əsgər saxladığı fələstinlinin başına silah tuşlayaraq onun yerində dayanmasını təmin edir.

azadliq.info