ulduz fali

Günün ulduz falı (07.06.12)

QOÇ
Həmkarınızın gətirdiyi yenilik sizin həyatınıza rəng qatacaq. Amma özündən razılıq bu gün üçün münasib deyil. Vacib sirləri açmaqla, dəyər verdiyiniz birindən asanlıqla ayrılmaqla həyatınızı təhlükəyə atırsınız.
BUĞA
Bu gün fikirləşməyə vaxt yoxdur, sadəcə, hərəkətə keçmək zamanıdır. Günün mənfi tərəflərinə emosional mənzərə də aid edilir. Bu səbəbdən də əhvalınızın birdən-birə korlanacağı gözlənilir. Siz hətta yaxınlarınızdan uzaq duraraq, tənha qalmağa üstünlük verəcəksiniz.
ƏKIZLƏR
Bürcün bütün nümayəndələri üçün uğurlu gündür. Xüsusilə də xidmət sferasında çalışanların bu gün gəlirinin artacağı, yaxud da əməkdaşlıqla bağlı maraqlı təklif alacağı bildirilir. Bu gün alış-veriş etmək olar.
XƏRÇƏNG
Günün müsbət tərəfi gözəl əhval-ruhiyyə, ruhi sakitliklə bağlıdır. Buna baxmayaraq, bürcün bəzi nümayəndələri planlarını gerçəkləşdirməyə macal tapmayacaqlar. Problemləriniz olarsa, yaxınlarınız və həmkarlarınız sizi dəstəkləyəcəklər.
ŞIR
Ofis, yaxud da evin bəzədilməsi, ev işlərinin görülməsi üçün münasib gündür. Əhvalınız yaxşı olduğundan bu gün sizinlə təmasda olmaq asan olacaq. Hərçənd, bəzən siz ətrafdakılara qarşı çox tələbkar olursunuz və bu, küskünlüyə gətirib çıxara bilər.
QIZ
Yaxınlarınız sizə şübhə, problem və həyəcan dolu xəbərlərilə pənah gətirəcəklər. Siz də yardım etməyə bilməzsiniz. Enerjinizi başqalarının problemlərinin həllinə yönəltməklə adət etdiyiniz yaşam tərzindən uzaq düşəcəksiniz.
TƏRƏZI
Bu gün cəsarət tələb edən planlarınızı reallaşdıracaqsınız. Müttəfiqləriniz yardım əlini uzadarkən bunu o qədər ustalıqla edəcəklər ki, siz bu təklifi rədd edə bilməyəcəksiniz. Təəssüf ki, günün emosional mənzərəsi müsbət olmayacaq.
ƏQRƏB
Işlər gözlədiyinizdən daha yaxşı gedəcək. Yadda saxlayın ki, nə qədər çox tələskənliyə yol versəniz, bir o qədər pis nəticə əldə edəcəksiniz. Ulduzlar bildirir ki, səfeh addımlar atmaqdansa, heç nə etməmək daha yaxşıdır.
OXATAN
Daxil olan informasiyadan maraqlarınız çərçivəsində istifadə edəcəksiniz. Məlumatlardan bəhrələnməklə rəqiblərinizi geridə qoya bilərsiniz. Bu gün sizi təhlükə gözləmir. Ailə tədbirlərinin keçirilməsi baxımından əlverişli gündür.
OĞLAQ
Yaxın gələcək üçün plan hazırlayın. Sakit düşünmək, nəyi necə etməyi götür-qoy eləmək baxımından əla zamandır. Şəxsi biznesinizi çiçəkləndirmək üçün əla ideyalarınız olacaq. Onları reallaşdıra bilərsiniz.
DOLÇA
Yeni əlaqələr, işgüzar danışıqlar üçün münasib gündür. Heç vaxt kömək ummadığınız şəxslər sizə müttəfiq çıxacaqlar. Günün ikinci yarısında ehtiyatlı olun.
BALIQLAR
Bu gün “Balıqlar” sentimental olacaqlar. Ətrafınızdakıları sizi düzgün dəyərləndirməməkdə ittiham edəcəksiniz. Bu səbəbdən də ən xırda anlaşılmazlığa kəskin reaksiya verəcəksiniz. Nəticədə yaxınlarla münasibətinizi korlayacaqsınız.