AXCP sədri Əli Kərimli feysbuk səhifəsində REAL hərəkatına qarşı prokurorluğun başlatdığı araşdırmaya etirazını bildirib.
“Prokurorluğun REAL hərəkatına qarşı başlatdığı “İran əməliyyatı” absurddur. Dünyanın heç bir yerində siyasi təşkilat təmsilçilərinin diplomatlarla rəsmi görüşü prokurorluğun araşdırma predmeti olmur. Bunlar təkcə milli valyutamızı öldürmürlər, bütövlükdə dövləti gözdən salırlar, xüsusilə də prokurorluğu bir institut kimi daha da nüfuzdan salırlar. Bu qanunsuz və qeyri-ciddi kampaniya təcili durdurulmalıdır”, – deyə AXCP lideri yazıb.